پنجشنبه , ۱ آذر ۱۴۰۳

Xanım Mai Sato’nun İran üzrə Özəl Raporter Seçilməsinə görə Azərbaycanda İnsan Haqları Müdafiəsi üçün Ərk Cəmiyyətinin Bəyanatı

Xanım Sato’nun missiyası İran İslam Respublikasının yeni prezidentinin seçilməsi ilə üst-üstə düşür. Bununla yanaşı, onun İranda dövlət edamları ilə bağlı araşdırmalarla məşğul olduğu da məlumdur. İranda insan haqları pozuntularının qurbanları BMT-nin Özəl Rraporteri ilə görüşdən məhrum edilsə də, hazırda İranda seçilmiş prezident ilə ilgili yeni bir ərəfə başlanası üzrədir; axı o keçmiş qan tökmədə əli olmamış. Buna görə də qurbanlar düşünə bilərlər ki, görəsən, İranda indiki seçilmiş prezident BMT elçi üçün İrana səfər etməsinə izin verəcəkmi? Ərk Cəmiyyəti bu məsələni Özəl Raporter ilə qaldıracaq.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurası ۱۴ İyun 2024-də   tanınmış yapon hüquqşünası və kriminoloqu xanım Mai Sato’nu İranda insan haqları üzrə ۷-ci Özəl Raporter seçdi. O,  prof. Javid Rəhman’ın missiyasının bitməsi ilə ۱۱ namizəddən ən yaxşısı olaraq seçildi və işini rəsmən 1 Avqust 2024dən başlayacaq. Xanım Sato daha əvvəl İngiltərə və Amerika Birləşmiş Ştatları universitetlərində dərs demişdir və  indi də Avstraliyada dərs deyir. O, habelə Yaponiyada ölüm cəzası ilə bağlı prestijli kitab yazıb və bütün dünyada insan haqları müdafiəçiləri və ölüm cəzasının əleyhdarları arasında yaxşı tanınır. Ərk Cəmiyyəti xanım Sato’nu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edir və qarşıya qoyulan nəhəng tapşırığında ona uğurlar arzu edir.  Bu Cəmiyyət son 15 il ərzində Özəl Raporterlər ilə sıx əməkdaşlıq etdiyi kimi, onunla da sıx əməkdaşlıq etmək uğrunda tədbirlər ilə addım atacaq.

Qabaqkı altı özəl raporterlərdən beşinin İrana səfər etməsinə heç vaxt icazə verilməmişdi, baxmayaraq ki, bunlar dəfələr ilə İranın səlahiyyətli məqamlarına müraciət etmiş və hədəfləri bunlar idi: İranda insan haqları pozuntularının qurbanları ilə görüşmək və ölkənin həbsxanalarına baş çəkmək idi. Ancaq cənab Reynaldo Qalindo Pohlun səfəri istisna idi ki, Məhəmməd Xatəminin prezidentliyi dövründə onun İrana səfərinə icazə verilmişdi. Bu ölkəyə girişin inkar edilməsi üçün rəsmi bəhanə həmişə İran İslam Respublikasının Cenevrədəki nümayəndələri tərəfindən olmuş. Bu nümayəndələr raporterlərə qarşı ittihamlar irəli sürmüşlər, guya onlar İranın müxalifləri ilə siyasi-oyunbazlıq yaxud əməkdaşlıq etmişlər.

Ərk Cəmiyyəti xanım Sato’nun təyinatını qarşılayaraq ondan xahiş edəcək ki, İran İslam Respublikası ölkədə yaşayan azlıq millətlərin insan haqlarını pozmaqda inadlı olmasını nəzərə alsın, və bu hesabla bu millətlər iqtisadi, sosial və mədəni haqlardan məhrum qalmışlar. İranda əhalinin üçdə ikisini təşkil edən azlıq millətlər ayrı-seçkiliyə məruz qalırlar və hətta əsas insan haqlarından belə məhrum qalmışlar. Habelə İranda edamlara məruz qalan şəxslərin böyük əksəriyyəti azlıq millətlərə aiddir.

Cenevrədə işinə başlayan kimi, Ərk Cəmiyyəti xanım Sato ilə üz-üzə görüş təşəbbüsündə olacaq və ehtimal ki, digər azlıq millətlər nümayəndələri ilə də bir kollektiv görüş əldə etsinlər.

Azərbaycanın İnsan Haqları Müdafiəsi üzrə Ərk Cəmiyyəti

۱۴ İyun 2024

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *