Güney Azərbaycan və başqa millətlərin məsum uşaqlarının haqlarına akademik ilinin başlanması ilə İranda təcavüz təkrarlanır. Keçmiş ۴۴ ildə və keçmiş ۹۹ il ərzində isə, ۱۹۴۴-۴۵ dən savayı, bu təcavüz hər il dayanmadan təkrar olmuş. Ancaq bu il başqadır, axı Azərbaycana və azlıq millətlərə qarşı İranın iqtidarı sui-qəsdi (komplo) bir daha atributlar ilə açığa çıxdı.
Azərbaycan Türkcəsinin rəsmi statusunun geri qaytarılması uğrunda Azərbaycan milləti Güney Azərbaycanda həmişə qabaqcıl və möhkəm davranmışlar. Elə ki, 2000-2010 illəri ərzində yüzlər belə ərizələr yazmış və minlər belə fərdlər və aktivistlər onlara qol çəkdisələr də, İranın məsul məqamları görməzlikdən çıxış etmiş və bunlara heç məhəl qoymayıblar. Azərbaycanlılar idman yurdlarında da ana dili uğrunda ara-sıra hər fürsətdən istifadə edərək kampaniyalarını unikal bir surətdə sərgiləyib və dünya səviyyəsində şöhrət qazanmışlar.
Bu il növbədən kənar müəmmalı prezidentlik seçkisində İran dövləti qeyr-fars millətlərdən istifadəyə qalxışıb və Dr. Pezeşkiana əlverişli fəza yaratdı. Hədəfləri seçkilərə yasallıq (məşruiyyət) qazandırmaq idi. Pezeşkian isə seçkidən qabaqkı vədlərin yerinə seçkidən az sonra kələkləri üzə çıxdı sanki “aba altında qəddərə aparırmışlar” yaxud “saman altından su axıdırmışlar”: Az keçmədən gördük ki:
Millətlərə məsul məqam üçün terrorist qüvvələrə simpatiyalı şəxslərə təyinat verildi.
Eyitim (Təhsilat) nazirliyinə də qabaqkı prezident Ruhaninin qanqsterlərini işlərinə qaytarıldı. Bunlar ibtidai məktəbin ilk ili üçün Farscanın Yetərlik Testini ixtira etmişdilər. Bu yol ilə uşaqların insan haqlarını pozma suçunu İran dövləti öhdəsindən düşürüb valideynin üzərinə qaldırmaq istəmişlər. Azərbaycanlıların etirazı nəticəsində bu iş təyinatı gah ləğv oldu gah təsvib oldu. Ancaq bunlar saman altında su axıtmaq üçün klassik yal-yöndəmlərdir.
Ancaq, Azərbaycan milli aktivistləri ortada olan komploları görüb və ayırd edirdi. Bunun üçün istifadə vermək deyil, bu istifadələri əldə etməyə nail oldu:
Aşağıdakı xəritələr İran dövləti tərəfindən yayımlanmış rəsmi bilgidirlər. Bunlar da göstərir ki, İranda “bir millət bir dil siyasəti” ۱۰۰ ildən sonra uydurmadan başqa bir şey deyil. Çünki, şəkillər göstərir ki, millətlər öz taleyində əzmlidir.