جمعه , ۳۱ فروردین ۱۴۰۳

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərkın proqramları Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 55-ci iclasında

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 55-ci iclası ۲۶ fevral 2024-cü il tarixində Cenevrədə başlayıb və aprelin 5-dək davam edəcək. Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərk Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının bu dövründə Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin də qəbul etdiyi və dərc etdiyi 3 bəyanatı dərc etməklə fəaliyyətə başlamışdır.

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərk BMT-də ۶ məsələ ilə bağlı fəal iştirak edecək və çıxışlarla İran İslam Respublikası tərəfindən Azərbaycanda insan haqlarının geniş şəkildə pozulmasına toxunacaqdır.

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərk eyni zamanda 2024-cü il martın 11-də İnsan Hüquqları Şurasının 55-ci iclası ilə birlikdə Azərbaycanda baş verən ekoloji fəlakət, xüsusilə Urmiya gölünün qurudulması və Azərbaycanın ekoloji fəallarının həbsi ilə bağlı ekspertlərin iştirakı ilə müstəqil konfrans keçiriləcək.

Həmçinin, Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərk 18 mart 2024-cü ildə insan haqlarının pozulmasına və azərbaycanlı fəalların həbsinə etiraz edərək “Həqiqəti Arayan Komitə”nin hesabatı ilə eyni vaxtda Cenevrədə Birləşmiş Millətlər Təşkilatının qarşısında etiraz aksiyası keçirəcək.

Yaxın günlərdə İnsan Hüquqları Şurasının 55-ci iclasında Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərkin proqramlarının gedişi ilə bağlı sizlərə məlumat veriləcək.

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti – Ərkin müdürü – Jalə Təbrizi
۲۶ fevral 2024-cü il

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *