جمعه , ۳۱ فروردین ۱۴۰۳

Azərbaycan İnsan Haqları Cəmiyyəti – Ərkin Ana -Dili Günü ilə bağlı açıqlaması – VİDEO

Bu gün, 21 fevral 2024-cü il dünya Ana Dili Gününün 25-ci ildönümünə təsadüf edir

BMT üzv olan bütün dövlətlərə bu günü qeyd etməklə nəsli kəsilməkdə olan dillərin yox olmasının qarşısını almağı tövsiyə edir , Çünki bütün dillər bəşəriyyətin ümumi və mədəni irsidir.

və YUNESKO hər il 21 fevrali qeyd etmək üçün mövzu seçir
bu ilinmövzusu və şüarı belədir: “Ana dilinin öyrədilməsi nəsillər arasında təhsilin əsasıdır”.

hazırda dünyada insanların 40%-i ana dilində təhsil almaqdan və ۸۰۰ milyondan çox insan da oxumaq və yazmağın nemətindən məhrumdur.

ama bu faiz iranda yüksəkdir İranın səkkizinci hökumətinin təhsil nazirinin sözlərinə görə, bu ölkəninəhalisinin 75%-ni təşkil edən qeyri-fars xalqları öz ana dillərində təhsildən məhrum dirlar

İran, Bmtnin və YUNESKO-nun rəsmi üzvü olsa da belə, nəinki ana dilində tədris üçün heç bir tədbir görmür, hətta ana dilində tədrisin tərəfdarı olanları da həbs edir və onları sosial hüquqlarindan məhrum edir.

İran hökuməti ana dili məsələsinə, təhlükəsizlik baxışı var. Bu hökümət, ana dili tərəfdarlarını separatçı adlandırır Və onlari ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək, ittihamilə mühakimə və həbs edir.

İranin /böyüklər üçün savadsızlıqla mübarizə və siniflərinin formalaşdırılması istiqamətində atdığı addımlar daheç vaxt uğurlu olmayıb, çünki bu siniflərdə anadili tədris olunmur və böyüklər də öz ana dilindən başqa bir dil öyrənə bilmirlər. həmçının, qeyri-fars bölgələrdə təhsil imkanlarının olmaması səbəbindən uşaqların böyük bir hissəsi hər hansı bir təhsildən məhrumdurlar.

Azərbaycanın milli-mədəni fəalları müxtəlif və sivil formalarda İran hökümətini ana dilində təhsillə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etəməkilə çalışıblar, lakin hökumət azərbaycanlıları mədəni şəkildə assimilyasiya etməkdə davam edir.

Azərbaycan İnsan Haqları Cəmiyyəti – Ərk dünya Ana Dili Gününün 25-ci ildönümü münasibətilə bütün azərbaycanlıları və ana dilində təhsilin bütün tərəfdarlarını təbrik edir Və milli kimliyimizin əsasını təşkil edən bu milli hüquqlara nail olunan günə qədər mübarizəni davam etdirəcəyinə söz verib.

ƏrkCəmiyyəti 15 il əvvəl “ana dilində təhsil hüququnu” müdafiə etmək məqsədi ilə fəaliyyətə başlayıb və beynəlxalq forumlarda Azərbaycanlı uşaqların öz ana dilində təhsil almaq hüquqlarını müdafiə edir.

Azərbaycan İnsan Haqları Cəmiyyəti – Ərk
۲۰ fevral 2024-cü il

User Rating: ۴.۴۶ ( ۱ votes)

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *