جمعه , ۳۱ فروردین ۱۴۰۳

Azərbaycan İnsan Haqları Cəmiyyəti – Ərkin 21 Fevral Beynəlxalq Ana Dili Gününün qeyd olunması ilə bağlı açıqlaması

Azərbaycan İnsan Haqları Cəmiyyəti – Ərkin 21 Fevral Beynəlxalq Ana Dili Gününün qeyd olunması ilə bağlı açıqlaması

.۲۱ Fevral 2024-cü il Ümumdünya Ana Dili Gününün 25-ci ildönümünə təsadüf edir

Banqladeşin təklifi ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ۱۹۹۹-cu ildə hər il fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

Birləşmiş Millətlər Təşkilatının (UNESCO) elm, təhsil və mədəniyyət şöbəsi isə ۲۱ fevral 2000-ci il tarixini BMT-yə üzv olan bütün dövlətlərin nümayəndələrinin iştirakı ilə qeyd etdi Və bütün ölkələrə fevralın 21-ni qeyd etməklə nəsli kəsilməkdə olan dillərin yox olmasının qarşısını almağı tövsiyə etdi Çünki bütün dillər bəşəriyyətin ümumi və mədəni irsidir.

YUNESKO hər il Beynəlxalq Ana Dili Günü münasibətilə ana dilini qeyd etmək üçün mövzu seçir və bu mövzunun maari- ləndiril-məsini və təbliğini bütün hökumətlərin vəzifəsi elan edir.

۲۰۲۴-cü il Ana Dili Gününün mövzusu və şüarı belədir: “Ana dilinin öyrədilməsi nəsillər arasında təhsilin əsasıdır”.

YUNESKO-nun sta-tis-tikasına görə, hazırda dünyada insanların 40%-i ana dilində təhsil almaqdan və ۸۰۰ milyondan çox insan da oxumaq və yazmağın nemətindən məhrumdur.

İran İslam Respublikası səkkizinci hökumətinin təhsil nazirinin sözlərinə görə, İran əhalisinin 75%-ni təşkil edən İranın qeyri-fars xalqları öz ana dilində təhsildən məhrum olan bu 40% insanlar arasındadır.

İran, Birləşmiş Millətlər Təşkilatının və YUNESKO-nun rəsmi üzvü olsa da, İran İslam Respublikası nəinki ana dilində tədris üçün heç bir tədbir görmür, hətta ana dilində tədrisin tərəfdarı olanları da həbs edir və onları sosial hüquqlarindan məhrum edir.

İran hökumətinin ana dili məsələsinə təhlükəsizlik baxışı var. bu hökümət ana dili tərəfdarlarını separatçı adlandırır Və onlari ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək ittiham ilə mühakimə və həbs edir.

İran hökümətinin böyüklər üçün savadsızlıqla mübarizə siniflərinin formalaşdırılması istiqamətində atdığı addımlar da heç vaxt uğurlu olmayıb, çünki bu siniflərdə ana dili tədris olunmur və böyüklər öz ana dilindən başqa bir dil öyrənə bilmirlər. İranın qeyri-fars bölgələrində hətta təhsil imkanlarının olmaması səbəbindən uşaqların böyük bir hissəsi hər hansı bir təhsildən məhrumdur.

Azərbaycan İnsan Haqları Cəmiyyəti – Ərk 15 il əvvəl “ana dilində təhsil hüququnu” müdafiə etmək məqsədi ilə fəaliyyətə başlayıb və beynəlxalq forumlarda Azərbaycanlı uşaqların öz ana dilində təhsil almaq hüquqlarını müdafiə edir.

Azərbaycanın milli-mədəni fəalları ötən dörd on il də müxtəlif və sivil formalarda İran İslam Respublikasını ana dilində təhsillə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etməyə çalışıblar, lakin hökumət azərbaycanlıları mədəni şəkildə assimilyasiya etməkdə davam edir.

Azərbaycan İnsan Haqları Cəmiyyəti – Ərk Ümum dünya Ana Dili Gününün 25-ci ildönümü münasibətilə bütün azərbaycanlıları və ana dilində təhsilin bütün tərəfdarlarını təbrik edir Və milli kimliyimizin əsasını təşkil edən bu milli hüquqlara nail olunan günə qədər mübarizəni davam etdirəcəyinə söz verib.

Azərbaycan İnsan Haqları Cəmiyyəti – Ərk

۲۰ fevral 2024-cü il

دیدگاهتان را بنویسید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *